Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu ilin yayında, 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışından əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaq üçün Bakıya səfər edib.
Korner.az-ın məlumatına görə, Çarli Vaytinq Bakı Şəhər Halqasında yarışla əlaqədar görülən hazırlıqların qaydasında olduğunu bəyan edib. |
