“Bugünkü oyunda məğlub olmağımıza baxmayaraq, oyun maraqlı keçdi. Əsas heyətin dörd üzvü zədə ucbatından bu oyunda iştirak edə bilmirdi." Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" ilə oyundan sonra "Bakı"nın baş məşqçisi Novruz Əzimov deyib. Çalışdırıcı rəqibinə gələcək oyunlarda uğurlar arzulayıb: "Oyuna tam hazırlaşa bilməmişdik. Komanda fiziki cəhətdən yorğun idi. “Qəbələ”yə gələcək oyunlarda uğurlar”.
