UEFA Bakı şəhərini 2020-ci
il Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. Bu haqda
AFFA-dan məlumat verilib.
Korner.az-ın məlumatına görə, bu haqda qərar UEFA-ya üzv ölkələrin milli
federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində
keçirilən toplantısında çıxarılıb.
Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına
düşmə şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar.