“Bakı” növbəti transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “zolaqılar” Elilton Arauju dos Santos ilə münasibətləri rəsmiləşdirib.
“Etto” ləqəbli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
1981-ci il martın 8-i Braziliyanın Valente şəhərində anadan olan futbolçu karyerasına “Bayya” komandasında başlayıb. Daha sonra “Krisiuma”, “Parana”, “Atletiko Paranaense”, “Dinamo” (Zaqreb) və PAOK klublarının şərəfini qoruyub.
