Bakıdakı dünya çempionatında tarixi hadisə
21.09.2018 , 19:42

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında maraqlı hadisə baş verib
Yarışların 2-ci günündə yaponiyalı bacı və qardaş dünya çempionu adını qazanıb.
66 kq çəkidə Hifumi Abe ardıcıl ikinci il dünya çempionu olub. 52 kq qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, cüdoda ilk belə nəticədir. İndiyədək bir yaışda eyni gündə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.
