Bakıdakı dünya çempionatında 145 ölkə iştirak edəcək
16.05.2023 , 19:53

Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatında rekord qeydə alınacaq.
Korner.az xəbər verir ki, ilk dəfə dünya çempionatları tarixində 145 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaq . Artıq 933 idmançı öz qeydiyyatını tamamlayıb.2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən analoji yarışda 143 ölkədən idmançılar dayanq üzərinə çıxıb.
Beynəlxalq Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən çempionata, ümumilikdə, 190 ölkədən 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.
Dünya çempionatı mayın 29-dan iyunun 6-dək təşkil olunacaq və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə edəcək.
