“Bakıdakı çətin oyunu fikirləşirik” – Baneqa
16.09.2019 , 19:52

“Sevilya”nın futbolçusu Ever Baneqa La Liqanın IV turunda səfərdə “Alaves”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi qələbəni şərh edərkən Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb:
“Oynamaq istədiyimiz futbol var və bunu hər zaman inkişaf etdiririk. Çətin qələbə qazandıq. Matça yaxşı nəzarət elədik. Komandamızdan çox razıyam. Xoan Xordanı cərimə zərbəsindən vurduğu inanılmaz qola görə təbrik edirik. Ona güvəndik, özü də özünə inanırdı. Ayaqlarımızı yerə möhkəm basmalıyıq. Bütün diqqətimizi Avropa Liqasında “Qarabağ”la görüşə cəmləmişik. Mümkün olduğu qədər tez bərpa olmalıyıq. Bakıdakı çətin oyunu fikirləşirik”.
