Bakı” futbol klubunda yeni təyinat gerçəkləşib. Korner.az-ın məlumatına görə, Qəhrəman Əliyev baş məşqçi Novruz Əzimovun köməkçisi təyin olunub.
Əliyev bu təyinatadək əvəzedici komandanın baş məşqçisi vəzifəsində çalışıb. Onun yetirmələrinin bir neçəsi əsas komandaya cəlb edilib. Təcrübəli mütəxəssis əvvəllər “Şəmkir” və Masallının “Viləş” komandalarının da sükanı arxasında olub.
