“Bakıda vuracağımız 1 qol hər şeyi həll edə bilər” – “Kukesi”nin kapitanı
26.07.2018 , 11:44
“Kukesi”nin kapitanı İliya Şameti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra yerli mətbuata müsahibə verib. Qol.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi nəticənin qənaətbəxş olduğunu söyləyib.
– Hesabdan razı qaldınız?
– Bizim üçün önmli heç-heçədir. Çünki vuracağımız bir qol hər şeyi həll edə bilər. Məqsədimiz o idi ki, sərfəli nəticə əldə edək. Bunu da bacardıq.
– “Valletta” ilə oyundakı nəticəni təkrarlamaq nə dərəcədə mümkündür?
– Biz hamımız səfərdə yaxşı nəticəyə ümid edirik. Bütün komanda bu matça hazırlaşacaq. Maltada olduğu kimi, Bakıda da görüşü öz xeyirimizə başa vurmağa çalışacağıq.
– Şərab kimisiniz. Yaşlandıqca daha yaxşı oynayırsınız…
– Mümkün olduğu qədər oynamaq istəyirəm. Əgər siz məşq edirsiniz və yaxşı formadasınızsa, yaş önəmli deyil.
– Komanda çox yaxşı müdafiə olundu. Özünüzü 3-lü müdafiədə necə hiss etdiniz?
– Arxada daha bir nəfər var idi. Düşünürəm ki, yaxşı uyğunlaşa bildik. Deyə bilərik ki, rəqib heç bir şeyə risk etmədi. Azərbaycanda da eynisini edəyəcəyimizə inanırıq.
– Aqolli ilə görüşdünüz?
– Ansi kimi uzun illər millinin formasını geyinmiş bir futbolçu ijə görüşmək xoş oldu. Keçmiş kapitan hələ də yüksək səviyyədə oynayır. Onun əlini sıxdım və dedim: Azərbaycanda görüşərik!