Premyer Liqada göstərdiyi zəif nəticələrlə bağlı "Bakı" klubunda keçirilən klubdaxili toplantıda qərara alınıb ki, geridə qalan oyunlarda baş məşqçi və klub rəhbərliyinin etmadını doğrultmayan futbolçulardan 3-ü əvəzedici heyətə göndərilsinlər.
Korner.az-ın məlumatına görə, bunlar Evangelios Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov əsas komandanın heyətindən kənarlaşdırılaraq əvəzedici komandanın düşərgəsinə göndəriliblər.
