Çempionlar Liqasının qrup mərhələsinin V turunun rəmzi yığması açıqlanıb
UEFA-nın azarkeşlər arasında keçirdiyi “Fantazi Futbol” oyununda ən çox xal qazandıran 11 futbolçu rəmzi komandaya daxil edilib.
Siyahıda “Qarabağ”la Bakıdakı görüşdə “Çelsi”yə 4:0 hesablı qələbə qazandıran oyunçulardan ikisi də yer alıb. 2 qol vurub, 2 penalti qazanan Villian və hesabı açan Azar “11-liy”ə düşüb.
Qapıçı: Ter Şteqen (“Barselona”) – 7
Müdafiəçilər: Naço (“Real”) – 12, Lanq (“Bazel”) – 12, Albiol (“Napoli”) – 9
Yarımmüdafiəçilər: Azar (“Çelsi”) – 11, Tolisso (“Bavariya”) – 10, Veratti (PSJ) – 10, Villian (“Çesli”) – 17
Hücumçular: Firmino (“Liverpul”) – 13, Ronaldo (“Real”) – 13, Neymar (PSJ) – 13
