big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Bakıda “Qızlar Bacarır” Gənclər Forumu keçirilib

02.11.2018 , 19:34

Bu gün Bakı Konqres Mərkəzində “Qızlar Bacarır” Gənclər Forumu keçirilib

AFFA, UNICEF və Niderland Krallığının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyilə baş tutan tədbirdə qızların ictimai həyatın müxtəlif sahələrində daha aktiv olması, yeniyetmələrə cəmiyyətdə uğur qazanmaq imkanları vermək üçün daha nələrin həyata keçirilə biləcəyinin müzakirə olunub.
Forumda çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov tədbirlə bağlı ətraflı məlumat verərək bildirib ki, qızlar idman sahəsində fəaliyyət göstərmək imkanı qazandıqda, oğlanlardan bacarıqsız olmaları ilə bağlı yanlış təsəvvürləri, stereotipləri aradan qaldıra bilərlər: O, idmanın da təhsil kimi qızların cəmiyyətdə bərabər iştirakçılara çevrilməsinə köməklik göstərmək gücünə malik oluğunu söyləyib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Eduard Karvardin isə deyib ki, öz insan kapitalını yaratmaq məqsədinə bağlı olan bir xalq üçün qızların və gənc qadınların gücləndirilməsi təkcə düzgün deyil, eyni zamanda ağıllı hərəkətdir: “Qızlar uğur qazananda biz hamımız qalib oluruq. Yeniyetmə qızları ehtiyac duyduqları bacarıq və imkanlarla təmin etməklə daha sağlam ailələr, güclənmiş iqtisadiyyat və daha bərabər cəmiyyətlər ortaya çıxara bilər”.
Forumda AFFA ilə UNICEF-in birgə təşkilatçılığı ilə #QızlarBacarır mövzusunda çəkilmiş videoçarxlar nümayiş olunub.
“Qadınların cəmiyyətdə rolu” mövzusunda 1-ci panelin iştirakçıları olan Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı, Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevi və təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov mövzu ilə bağlı ətraflı çıxış etdikdən sonra tədbirdə iştirak edən tələbələrin suallarını cavablandırıblar.
Forumun 2-ci panelində “Qadınların siyasət və təhsildə rolu” mövzusunda müzakirələr aparılıb. Bu paneldə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers, UNICEF-in Əsas Həyat Bacarıqları üzrə beynəlxalq məsləhətçisi Mişel Mey və gənclər və idman nazirinin müavini Fərhad Hacıyev fikir mübadiləsi aparıblar.
Sonuncu – 3-cü panelin iştirakçıları isə Forumun əvvəlində nümayiş etdirilən videoçarxların qəhrəmanları – qadınlardan ibarət Azərbaycan millisinin sabiq kapitanı Əminə Heydərova, ixtiraçı Reyhan Camalova, Fövqəladə Hallar Nazirliyində xilasedici çalışan Sima Səfərova və şair-yazıçı Leyli Salayeva olub. “Bizim qəhrəmanlar” adlı paneldə onlar özlərinin uğur hekayələrini bir daha iştirakçıların diqqətinə çatdırıb, sualları cavablandırıblar.
Qeyd edək ki, gender bərabərliyini təbliğ etmək və daha çox qızı həyatın bütün sferalarında öz fərdi bacarıq və istedadlarını nümayiş etdirməyə ruhlandırmaq məqsədilə təşkil olunmuş Forum #QızlarBacarır milli kampaniyasının tərkib hissəsi idi.
UNICEF və AFFA qızların inkişafını və cəmiyyətdə fəallığını dəstəkləmək (o cümlədən təhsil, eləcə də inklüziv və bərabər idman proqramları vasitəsilə) məqsədilə 2011-ci ildən etibarən birgə fəaliyyət göstərir. UNICEF bu birgə proqram vasitəsilə gənc futbolçuları öyrədir (10-21 yaşlı təqribən 1000 futbolçu qız sağlam həyat tərzi keçirir), əsas həyat bacarıqlarını və uşaq hüquqlarına dair məlumatları çatdırır və gənclərin öz yoldaşları, ailələri və icma üzvləri ilə ünsiyyətinə kömək etmək məqsədilə onlarla çalışır.

Son yazılar

To Top