Bakıdakı “Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatıb. Üçüncü yer uğrunda Böyük Britaniyanın “Bentli” və ABŞ-ın “Monblan” komandaları qarşılaşıblar. Rəqibini 9:6 hesabı ilə məğlub edən ingilislər yarışları bürünc medalla başa vurublar.
Həlledici görüşdə “Çopard” (Argentina) və “Baltika” (Avropa) komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə “Baltika”nın xeyrinə yekunlaşıb.
Qeyd edək ki, “Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak edib. Bunlardan dördü – “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardır.
Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də mübarizə aparıblar.
