Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən son turdan sonra qaliblərin adına aydınlıq gəlib.
Kişilərin yarışmasında qızıl medala ABŞ komandası yiyələnib. İkinci və üçüncü pilləni isə müvafiq olaraq Ukrayna və Rusiya komandası olub.
Qadınların yarışında isə Çin yığması birinci olub. İkinci yeri Polşa, üçüncü pilləni isə Ukrayna komandası tutub
