UEFA 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların adlarını açıqlayıb. ÇL-in finalı Madriddəki “Vanda Metropolitano” arenasına, AL-in həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub.
Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park”da keçiriləcək. Qitənin ali futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də açıqlayıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Super Kubok görüşü 2019-cu ilin 14 avqustunda baş tutacaq. Bakıda keçiriləcək AL-in finalı mayın 29-na təyin olunub. ÇL-in həlledici matçı isə iyunun 1-də baş tutacaq.
