Yeni mövsümə problemli başlayan “Bakı” komandası itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, prespektivinə ümidlər bəslənən gənc müdafiəçi Vüqar Bəybalayev zədələnib. Onun belində ağrı olduğundan, komandanın son iki məşqindən kənrda qalıb. Bu gün istirahət verildiyi “Bakı” kollektivi sabah növbəti turun hazırlıqlarını yenidən bərpa edəcək.
Vüqarın durumu da tibbi müayinədən sonra bəlli olacaq.
