Bakıda daha bir nəfər intihar edib.
Korner.az report-a istinadən bildirir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, M.Hadi küçəsində qeydə alınıb.
Xəyyam Əliyev adlı şəxs orada yerləşən “Twins Art MMC”yə məxsus 15-mərtəbəli binanın üstünə çıxaraq özünü oradan atıb.
X.Əliyevin üzərindən “Achilles” idman klubunun üzvlük vəsiqəsi çıxıb.
İntiharın səbəbi araşdırılır.
