Bakıda FİFA-nın sammiti keçiriləcək. Tədbirdə FİFA-nın rəhbər şəxslərinin, İcraiyyə Komitəsinin üzvlərinin və FİFA üzvü olan bir sıra Milli Assosiasiyaların rəhbərlərinin iştirakı nəzərdə tutulub.
Bu haqda məlumatı AFFA-nın rəsmi saytı yayıb. Sammit noyabrın 21-də baş tutacaq.
