big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Bakıda dünya çempionunun obyektini əlindən almaq istəyirlər – FOTOLAR

15.03.2016 , 13:01

“Nur inşaat” MMC-nin rəhbəri Rüstəm Abdullayev tərəfindən fəaliyyətimizə çox ciddi maneələr yaradılır”.

Korner.az-ın məlumatına görə, bu sözləri musavat.com-a “VİTR Fitness” sahibi, poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, əməkdar idman ustası Vüqar Namazov deyib.

Yasamal rayonu ərazisindəki “Nur inşaat” MMC-nin binasında yerləşən “VİTR Fitness” klubunun sahibi olan peşəkar idmançıya biznes fəaliyyəti ilə məşğul olmağa mane olurlar. Əvvəlcə məsələni ictimailəşdirmək istəməyən Vüqar Namazov problemin getdikcə uzandığını, yaradılan süni maneələrin aradan qalxmadığını gördüyü üçün, hər şeyi mediaya danışmağa qərar verib.

İdmançı deyir ki, ötən il “Nur inşaat” MMC ilə müqavilə imzalayıb, icarəyə yer götürüb və hər şey də bundan sonra başlayıb: “İdman sahəsində qazandığım bilik və təcrübəmi gələcək nəsillərə ötürmək üçün bir neçə yaxın idmançı dostumla, həyat yoldaşımın təşəbbüsü ilə dünya standartlarına cavab verən fitness zalı açmaq qərarına gəldik. Bu məqsədlə “Nur inşaat” MMC ilə razılaşaraq, onlardan 1000 kvadratmetrlik yeri icarəyə götürüb, təmirə başladıq.

2015-ci ilin 8 oktyabrında həyat yoldaşım Namazova Sehranənin adına daşımaz əmlakın icarə müqaviləsini imzaladıq. Təmir üçün həyat yoldaşım bankdan özünün və atasının adına kreditlər götürdü. Mənə mükafat kimi verilən evi, maşınımı satıb təmirə və avadanlıqların alınmasına xərclədik. Ümumilikdə 1 milyon 200 min manat xərcimiz çıxdı. Biz haradan biləydik ki, bu binalarda işlər düzgün getmir”.

İdmançının şikayət etməsinə səbəb onun sahibi olduğu məşq zalının qapadılması üçün ona edilən təzyiqlərdir: “Fitness klub qısa müddətdə biz planlaşdırdığımızdan da çox müştəri cəlb etdi və “İlin fitness klubu” seçildi. Reklam etdik. Hər gün yeni müştərilər gəlməyə başladı. Xidmətimiz və peşəkarlıq hər kəsi cəlb etdi. Məşhur insanlar müştərimiz oldu. Amma uğurlarımız obyekti bizə icarəyə verən şirkətin – “Nur inşaat” MMC-nin bizə qarşı maneələri ilə müşayət olundu.

Əvvəllər günün pik vaxtlarında elektrik enerjisinin və suyun kəsilməsini texniki səbəb kimi başa düşdük. Amma bu kəsilmələr davamlı hal almağa başladı. Bu ilin 17 fevralında heç bir xəbərdarlıq olunmadan elektrik enerjisinin verilişi tamamilə dayandırıldı”.

Vüqar Namazovun sözlərinə görə, o, “Nur inşaat” MMC-nin qanunsuz əməllərindən Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib: “Məhkəmə bizim xeyrimizə qərardad qəbul etdi. Ancaq qarşı tərəf qərardadın icrasına süni maneələr yaratdı. Uzun sürən danışıqlardan sonra fevralın 22-də elektrik enerjisi bərpa olundu. Amma şəbəkədə enerjinin azalması müntəzəm hal almağa başladı. Paralel olaraq fitness klubun su təhcizatında da problemlər yaranırdı.

Biz problemi aradan qaldırmaq üçün “Azərişıq” və “Azərsu”ya müraicətlər etdik. Bununla bərabər “VİTR Fitness”in ayrıca elektirik və su xətti alması üçün lazım olan sənədlərlə bizi təmin etməyi “Nur inşaat” MMC-dən xahiş etdik. Lakin onlar bu məsələdə də bizə problem yaratmağa başladılar.

Məlum oldu ki, şirkətin əmlakına, möhürünə və fəaliyyətinə 2012-ci ildə həbs qoyulub. Yəni ki, şirkət bizimlə qanunsuz olaraq müqavilə bağlayıb. Bu müqavilənin müddətinin bitməsinə bir neçə il var.

Lakin Rüstəm Abdullayev bizi zaldan çıxarmaq istəyir. 200 min manat təklif edərək deyirlər ki, zaldan çıxaq. Amma biz buraya 1 milyon 200 min manat vəsait yatırıb, beton divarlardan bu hala gətirib çıxarmışıq”.

Musavat.com saytı olaraq məsələni bir az araşdırmaq qərarına gəldik. Mediada yazılanlara görə, bu zamana qədər şirkətin adı böyük qalmaqallarda hallanıb.

Belə ki, vaxtı ilə payçılar arasında çəkişmələrin olması nəticəsində bir çox sirlər ortaya çıxıb. Bəzi payçılar – şirkət səhmlərinin 22 faizinin sahibləri səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul ediblər və onların payına düşən vəsaiti nəğd formada almaq istədiklərini bildiriblər. Beləliklə mübahisələr başlayıb. Bundan sonra məsələ baxılması üçün məhkəməyə verilib.

2012-ci ilin oktyabrında altı aylıq məhkəmə təhqiqatından sonra Binəqədi rayon Məhkəməsi “ALTES PLAZA”-da, “EMERALD PALACE”-də və “ACADEMY HOUSE”-da mənzillərin satışına həbs qoyub, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası və Ali Məhkəmə isə göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayıb.

Hazırda “Fərid-Inşaat” MMC və “Nur-Inşaat” MMC nümayəndələri həmin yaşayış binalarında mənzillərin satışının dayandırılmasını öz öhdələrinə götürüblər. İddialar var ki, buna baxmayaraq, 2012-ci ildən bu günə qədər binalarda mənzillərin satışı davam edib. Həmin mənzillər şirkətin artıq qüvvədən düşmüş möhürü ilə satılıb.

Nəsimi rayon Məhkəməsi “Altes Group” holdinqin tərkibində olan “Lider EN” MTK-nin fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Məhkəmə qərarına əsasən, “Lider EN” MTK-yə payçılarından olan Rüstəm Abdullayevə və digər şəxslərə MTK-da qərar qəbul etmək, göstəriş vermək, hər hansı bir hərəkət etmək qadağan edilib. Lakin 2013-cü ildə şirkətdən bəzi media orqanlarına bu şirkətə heç bir qadağanın qoyulmadığını, bu məlumatların yalan olduğunu bildiriblər.

Hadisələr şikayətçi payçılardan biri olan Fətəli Novruzəliyevin döyülməsi ilə nəticələnib. O, bildirib ki, 2012-ci ilin aprelində ona iki nəfər tanımadığı şəxs hücum edərək, bədən xəsarətləri yetiriblər. Hadisə ilə bağlı cinayət işi açılıb.

Məlum olub ki, Elməddin Məhərrəmovla Emin Məmmədov Xoyski prospekti 106 ünvanda Fətəli Novruzəliyevi və onun əmisi oğlunu döyüblər. Fətəli Novruzəliyevə qarşı xuliqanlıq edənlərdən biri olan Elməddin Məhərrəmov isti izlərlə yaxalansa da, Emin Məmmədov hadisədən 1 il sonra Ukraynada yaxalanıb və istintaqda döydüyü adamı tanımadığını bildirib.

Məhkəmə araşdırması zamanı tikinti şirkətindən payını almağa gələn Fətəli Novruzəliyevi şəriklərinin döydüyü ehtimalı yaranıb. Məhkəməyə təqdim olunan SMS yazışmalarından Elməddin Məhərrəmovla Emin Məmmədovun zərərçəkənin şəriki Rüstəm Abdullayevlə tanış olduqları üzə çıxıb.

Fətəli Novruzəliyevə hədə-qorxu gəlinməsini isə “Altes Group”un direktoru Rüstəm Abdullayev qaynı Asim İskəndərova tapşırıb. Asim İskəndərov Elməddinlə Eminə Novruzəliyevi döymək sifarişi verib. Aşkar olunan bu faktı nəzərə alan məhkəmə Emin Məmmədovun ittiham olunduğu xuliqanlıq maddəsi ilə razılaşmayıb. Onun əməlinin düzgün qiymətləndirilməməsi qənaətinə gələn hakim işi yenidən istintaqa qaytarıb.

Beləliklə, şirkət üzərində “qara buludlar” dolaşır, lakin fəaliyyəti davam edir. Şikayətçi Vüqar Namazovun dedikləri həqiqətdirsə, Rüstəm Abdullayevin fitness zalını onun əlindən almaq istəməsinə səbəb bu obyektin bütün gəlirlərinə nəzarət etməkdir.

V.Namazov bildirir ki, onun şirkətə heç bir borcu yoxdur: “Onlar elektrik enerjisini qəsdən kəsirlər ki, mən məcbur olub, onların təklifi ilə razılaşım. Düşünürdülər ki, idmançı olduğum üçün məsələni qabartmayacağam. Amma elə deyil. Mən buraya xərc çəkmişəm, sıfırdan təmir edib, pul qoymuşam. Üstəlik, müqaviləm də var. Heç bir yerə gedən deyiləm. İşığı bərpa etsinlər, oturaq, danışaq”.

Yazıda adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Son yazılar

To Top