Futbol

“Bakıda bizim üçün çətin olacaq” – “Sevilya”nın baş məşqçisi

16.09.2019 , 11:05

“Futbolçularımdan daim yüksək temp tələb edirəm. Komandada əlaqə yüksək səviyyədədir. Ancaq boşluqlardan lazımi səviyyədə yararlana bilmədik”

Korner.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi La Liqanın 4-cü turunda “Alaves”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

O, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matç haqda da danışıb:

“Lider olmaq hələ heç nə demək deyil. Komanda hər şeyi düzgün edir.Bakı səfəri öncəsi daha yaxşı vəziyyətə gəlməliyik. Çünki orda bizim üçün  çətin olacaq. Çox həyəcanlıyıq. Avropa arenasında ilk oyunumuz olacaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-u saat 20:55-də başlayacaq.

Son yazılar

Yuxarı