Avrokuboklar

“Bakıda bizi daha çətin oyun gözləyir” – Qurban Qurbanov

12.07.2018 , 10:10

“Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. “Olimpiya” bir daha yaxşı komanda olduğunu göstərdi”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” keçirilən ilk oyundan sonra deyib.

O, səfərdə qələbə qazandıqlarına baxmayaraq, Bakıdakı cavab oyununun daha çətin olacağını bildirib: “Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq”.

Mənbə: qarabagh.com

Son yazılar

Yuxarı