Tennis

Bakıda beynəlxalq tennis turniri keçirildi

19.09.2021 , 16:13

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Korner.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar.

Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər. Turnirdə ümumilikdə 28 oğlan və 24 qız çıxış edib.

Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.

Azərbaycan Tennis Federasiyasının 1-ci vitse-prezidenti Salam Əsgərzadə mükafatlandırma mərasimində idmançıları təbrik edib və qarşıdakı yarışda onlara uğurlar arzulayıb: “Federasiya olaraq tennis idman növünün təbliği üçün mütəmadi olaraq addımlar atırıq. Artıq Bakı Tennis Akademiyasında növbəti beynəlxalq yarışı təşkil etdik. Dünyanın müxtəlif ölkələrindən tennisçilər gəldi paytaxtımıza. Bir daha sübut etdik ki, biz hər zaman beynəlxalq yarışlar təşkil etməyə hazırıq. Qalib və mükafatçıları təbrik edir, onlara uğurlar arzulayıram”.

Son yazılar

Yuxarı