Bakıda "Qalatasaray"ın uşaq futbol məktəbinin açılması Türkiyənin ajansspor.com saytındada işıqlandırılıb.
Korner.az-ın məlumatına görə, "Sarı-qırmızılılar"ın Futbol Məktəbləri koordinatoru Selim Durmaz sayta açıqlamasında bildirib ki, artıq 80 uşaq məktəbə müraciət edib.
Ancaq bu sayın 400-dək yüksələcəyi ehtimal edilir.
Qeyd edək ki, Bakıdakı məktəb "Fatih Terim gənc aslanlarını axtarır" layhihəsi üzrə açılıb və 6-16 yaş arası uşaqları qəbul edir. Məktəbə müraciət edəcək və potensialı yüksək 10 uşaq yayda İstanbula aparılacaq və Fatih Terimlə tanış ediləcək.
