“Biz Azərbaycan yığması haqda geniş məlumat əldə edə bilmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin hücumçusu Tarik Elyunissi deyib.
Almaniyanın “Hoffenhaym” klubunda forma geyinən futbolçu ölkəsinin mətbuatına açıqlama verib:
“Çünki buna vaxtımız olmadı. Ona görə Bakıda 3 xal qazanmağımız heç də asan olmayacaq”.
