Bu gün Şəki şəhərində FIFA-nın bayrağı altında AFFA tərəfindən qızlar üçün «Live Your Goals» (Öz məqsədini yaşat) festivalı keçiriləcək. Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizdə qadın futbolunun təbliğinin gücləndirilməsi, qızların bu idman növünə həvəsləndirilməsi məqsədilə keçirlən tədbirdə çoxsaylı azarkeşlərin və mətbuat nümayəndələrinin iştirakı gözlənilir. Festival saat 18:00-da başlayacaq.
Xatırladaq ki, bu, sayca dördüncü «Live Your Goals» festivalı olacaq. İlk dəfə bu ilin mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra – apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında isə Quba Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.