Premyer Liqamızda mövsümün ikinci yarısına hazırlığını davam etdirən “Bakı” bu gün növbəti yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Bakı təmsilçisi “İnter”in əvəzedici heyəti ilə qüvvəsini sınayıb. Bu oyunda “Bakı” 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Bakı” ilk yoxlama görüşündə də “Sumqayıt”a məğlub olmuşdu – 1:5.
