Bu gün Topaz Premyer Liqasında II turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
İlk görüş Şüvəlandakı "AZAL Arena"da keçirilib. Burada AZAL "Bakı"nı qonaq edib və matçın taleyini bir qol həll edib. Digər matçda isə "Neftçi" Bayılda "Rəvan"ın qonağı olub. İlk turda qalib gələn "neftçi" bu dəfə də aktivinə 3 xal yazdırıb.
Sabah keçiriləcək üç oyunla tura yekun vurulacaq.
10 avqust (şənbə)
Premyer Liqa, II turun oyunları
19:00. AZAL – “Bakı” 1:0
Qol: Viktor İbekoyi, 27
21:00. “Rəvan” – “Neftçi” 0:2
Qol: Bahodir Nasimov, 15, 85
11 avqust (bazar)
18:00. “Qəbələ” – “İnter”
20:00. “Xəzər Lənkəran” – “Simurq”
20:00. “Qarabağ” – “Sumqayıt”
