“90-cı illərin əvvəlindən Azərbaycanda cüdo inkişaf edir. Mən bu ölkənin irəli getməsini özüm şəxsən izləyirdim”.
Korner.az-ın məlumatına görə, bu sözləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib.
O, “Bakı-2015” Birinci Avropa Oyunlarında keçirilən cüdo yarışlarından və oyunların təşkili barədə fikirlərini bildirib:
“Təşkilatçılıqla özüm maraqlanmışam. Hər şey yüksək səviyyədə idarə olunur. Bu yarışlar Azərbaycan üçün çox müsbət bir haldır. Ümumiyyətlə, Avropa Oyunları ilk dəfə Bakıda keçirildiyi üçün yaddaşlarda qalacaq. Hər kəs sonradan bu yarışın tarixi ilə maraqlanarkən Bakını xatırlayacaq”.
Vizer bildirib ki, bütün ölkələr üçün belə hadisələr sevindiricidir:
“Azərbaycan belə yarışa ev sahibliyi etdiyi üçün xoşbəxtdir. Bu təşkilatçılıq onu göstərir ki, bu ölkədə Yay Olimpiya Oyunları da keçirilə bilər. Yəni Azərbaycan buna qadirdir”.
Avropa Oyunlarının fəxri qonağı yarışların təşkilində neqativ hallara rast gəlmədiyini deyib: “Cüdo və digər yarışların təşkilindən razıyam”.
Federasiya rəsmisi digər cüdo yarışları ilə Avropa Oyunlarındakı cüdo yarışları arasında hansı bir müqayisə aparmağın düzgün olmadığını vurğulayıb:
“Çünki biz bütün yarışlar üçün eyni standartlar qoyuruq. Hamısı eyni qaydalar əsasında keçirilir”. (Qol.Az)
