"Bakı" sabah Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Xəzər Lənkəran"la oyunda Aqil Nəbiyevin xidmətindən məhrum ola bilər.
Korner.az-ın məlumatına görə, futbolçunun "Qəbələ" ilə oyunda zədələndiyi bildirilir. Ancaq həkimlər onu oyun saatınadək sağaltmağa çalışırlar.
