Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Rəvan” – “Xəzər Lənkəran” oyununun 68-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdulzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Bakı” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Bakı”nın futbolçusu Elşən Rzazadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kərim Diniyevlə “Bakı”nın futbolçusu Zahid Sadıxov bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.
“Kəpəz” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
