Bu gün Latviya millisi səfərdə Yaponiya ilə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, “Bakı”nın müdafiəçisi Denis İvanov və AZAL-ın futbolçusu Oskar Klyavanın şərəfini qoruduğu Latviya millisi Kobedə darmadağnla üzləşib – 0:3.
Yaponiyanın qollarını iki dəfə Okazaki və bir dəfə Honda vurub.
Denis İvanov bu oyunda 90 dəqiqə meydanda olsa da, Klyava isə görüşü ehtiyat oyunçular skamyasından izləyib.