Bu gündən etibarən Sloveniyada 10 günlük təlim-məşq toplantısı keçirən "Bakı" klubu cümə günü yoxlama oyununa çıxacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın rəqibi Ukraynanın "Tavriya" (Simferopol) klubu olacaq.
"Tavriya" Ukraynanın köklü klublarından biridir. 1992-ci ildə Ukrayna çempionu titulunu, 2010-cu ildə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Tavriya" klubu son Ukrayna çempionatını 6-cı pillədə başa vurublar.
