Mövsümü kubok qazanmaqla yekunlaşdıran "Bakı" 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Korner.az-ın məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək "zolağlılar" Cəmşid Məhərrəmov, Elvin Əliyev və Aleksandr Soliçlə yenidən razılıq əldə edib.
Bu futbolçular növbəti mövsümdə də “Bakı”nın şərəfini qoruyacaqlar.
Qeyd edək ki, ölkəmizi Avroliqada təmsil edəcək “zolaqlılar” daha öncə “Rəvan”dan Ramazan Abbasovu heyətlərinə qatmışdı.
