"Bakı" qış fasiləsində daha bir futbolçunu rənglərinə bağlayıb.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Serbiyanın “Novi Pazar” klubun yarımmüdafiəçi Risto Ristoviçi transfer edib. Paytaxt klubu serbyalı futbolçunun transferi üçün qarşı tərəfə transfer məbləği ödəməli olub.
24 yaşlı mərkəz yarımmüdafiəçisi hələ Antalyada olarkən “Bakı”nın məşqçilər korpusu tərəfindən bəyənilmişdi.
Qeyd edək ki, Ristoviç ilk dəfə legioner həyatı yaşayacaq. Belə ki, o, “Novi Pazar”dan əvvəl ölkəsində “Maçva”, OFK, “Vuyiç Voda” (icarə) və “Banat” klublarının şərəfini qoruyub.