Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun oyunları keçirilib.
Kişilərdən ibarət əsas komandamız Rumıniyaya qalib gəlib. İkinci millimiz görməqabliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib. Üçüncü yığmamız isə Türkmənistana uduzub.
Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçirilib. Qarşılaşma Ukraynanın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. ABŞ Çexiya ilə heç-heçəyə oynayıb – 2:2. Hindistan Kubaya (2,5:1,5), Çin İtaliyaya (3:1), Hollandiya İngiltərəyə (3,5:0,5) qalib gəlib.
Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Amma qadınlar qələbə qazana bilməyiblər – 2:2. Eyni nəticə üçüncü komandamızın Braziliya ilə görüşündə də qeydə alınıb. İkinci komandamız isə İtaliyaya uduzub.
Favoritlərdən Çin Latviyanı (2,5:1,5), Ukrayna Fransanı (3,5:1,5), Rusiya Macarıstanı (2,5:1,5), Gürcüstan Misiri (2,5:1,5), ABŞ Bosniya və Hersoqovinanı (4:0) məğlub edib.
Kişilər
Rumıniya (2572) – Azərbaycan-1 (2705) 1:3
Konstantin Lupulesku (2618) – Şəhriyar Məmmədyarov (2761) 0:1
Boqdan-Daniel Deas (2524) – Teymur Rəcəbov (2722) 0,5:0,5
Mihail Marin (2572) – Rauf Məmmədov (2666) 0,5:0,5
Vlad-Kristian Yianu (2554) – Arkadi Naydiç (2696) 0:1
IBCA (2275) – Azərbaycan-2 (2576) 0,5:3,5
Yuri Meşkov (2354) – Vasif Durarbəyli (2612) 0:1
Stanislav Babarikin (2339) – Ülvi Bacarani (2509) 0:1
Yasek Staçanjik (2192) – Qədir Hüseynov (2625) 0:1
Oliver Mueller (2272) – Namiq Quliyev (2577) 0,5:0,5
Azərbaycan-3 (2350) – Türkmənistan (2416) 0,5:3,5
Vüqar Əsədli (2406) – Maksat Atabayev (2485) 0,5:0,5
Nail Bəşirli (2387) – Yusup Atabayev (2453) 0:1
Abdulla Qədimbəyli (2294) – Saparmurat Atabayev (2406) 0:1
Məhəmməd Muradlı (2331) – Handjar Odeyev (2401) 0:1
Qadınlar
Azərbaycan-1 (2320) – Rumıniya (2343) 2:2
Zeynəb Məmmədyarova (2295) – Korina-İsabela Peptan (2394) 1:0
Günay Məmmədzadə (2361) – Kristina-Adela Foysor (2353) 0:1
Gülnar Məmmədova (2304) – Elina-Luminita Kosma (2331) 0,5:0,5
Nərmin Kazımova (2302) – İrina Bilmaqa (2395) 0,5:0,5
İtaliya (2270) – Azərbaycan-2 (2248) 2,5:1,5
Olqa Zimina (2389) – Türkan Məmmədyarova (2304) 1:0
Marina Brunello (2376) – Xəyalə Abdulla (2214) 1:0
Diseree di Benedetto (2183) – Nərmin Kazımova (2219) 0,5:0,5
Alessia Santeramo (2001) – Nərgiz Umudova (2247) 0:1
Azərbaycan-3 (2016) – Braziliya (2116) 2:2
Nərmin Məmmədova (2230) – Juliana Sayumi Terao (2268) 0,5:0,5
Xanım Balacayeva (2147) – Julia Alboredo (2135) 1:0
Gövhər Beydullayeva (1994) – Suzana Çanq (2093) 0:1
Aynur Katanova (1784) – Katye Librelato (2079) 0,5:0,5
Qeyd edək ki, 4 turdan sonra kişilərdən ibarət milli komandamız 8 xalla ikinci pillədə qərarlaşıb. Lider Çin yığmasıdır. İkinci komandamız 6 xalla 27-cidir. 4 xala sahib üçüncü yığmamız isə 71-ci yeri tutur.
Qadınlardan ibarət əsas millimiz 7 xalla 11-cidir. İkinci komandamız 5 xalla 34-cü, eyni xala malik üçüncü millimiz isə 39-cu yeri tutur.
