Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Korner.az-ın məlumatına görə, yarışda 180 kişi, 141 qadın komandası mübarizə aparır. Azərbaycan Olimpiadada 6 (3 kişi, 3 qadın) komanda ilə yarışıb.
Gözlənildiyi kimi, ilk tur şahmatçılarımız üçün uğurlu alınıb. 6 komandamızdan beşi 4:0 hesablı qələbə qazanıb. Yalnız kişilərdən ibarət yığmamızın üzvü Vasif Durarbəyli rəqibi ilə heç-heçə edib.
Kişilər
Azərbaycan-1 (2705) – Zimbabve (2256) 4:0
Şəhriyar Məmmədyarov (2761) – Rodvell Makato (2405) 1:0
Teymur Rəcəbov (2722) – Mandija Faray (2363) 1:0
Arkadi Naydiç (2696) – Spenser Masanqo (2200) 1:0
Eltac Səfərli (2688) – Emarald Muşore (2187) 1:0
Azərbaycan-2 (2576) – Mozambik (2138) 3,5 – 0,5
Vasif Durarbəyli (2612) – Mateus Alis (2164) 0,5 – 0,5
Nicat Abasov (2552) – Vilton Kalikoca (2190) 1:0
Qədir Hüseynov (2625) – İlidio Çunquan (2034) 1:0
Namiq Quliyev (2577) – Donaldo Payva (2164) 1:0
Papua Yeni Qvineya (1944) – Azərbaycan-3 (2350) 0:4
Stuart Fans (1995) – Vüqar Əsədli (2406) 0:1
Helmut Marko (1939) – Nail Bəşirli (2387) 0:1
Amin Kabilov (0) – Məhəmməd Muradlı (2331) 0:1
Kraiq Skehan (0) – Pərviz Qasımov (2323) 0:1
Qadınlar
Nikaraqua (1808) – Azərbaycan-1 (2320) 0:4
Katya Mendieta (1943) – Zeynəb Məmmədyarova (2295) 0:1
Mariya Qranados Diaz (1831) – Gülnar Məmmədova (2304) 0:1
Pameya Alarson (1834) – Aydan Höccətova (2339) 0:1
Mariya Moraqa (1732) – Nərmin Kazımova (2302) 0:1
Yaponiya (1718) – Azərbaycan-2 (2248) 0:4
Mirai İşizuka (1778) – Türkan Məmmədyarova (2304) 0:1
Karen Hoşino (1802) – Xəyalə Abdulla (2214) 0:1
Azumi Sakai (1703) – Ülviyyə Fətəliyeva (2234) 0:1
Musaki Şibata (1638) – Nərgiz Umudova (2247) 0:1
Lesato (1251) – Azərbaycan-3 (2016) 0:4
Maboloko Leboela (1406) – Nərmin Məmmədova (2230) 0:1
Tiisetso Hatane (0) – Xanım Balacayeva (2147) 0:1
Nqatan Lyeketsenq (0) – Gövhər Beydullayeva (1994) 0:1
Makferson Naleli (1259) – Aynur Katanova (1784) 0:1
Digər partiyalara gəldikdə, kişilərin mübarizəsində favoritlərdən Rusiya, ABŞ, Çin, Ukrayna, Polşa, Fransa yığmaları olimpiadaya 4:0 hesablı qələbə ilə start veriblər. Günün sensasiyası Sudandan gəlib. Afrika təmsilçisi Bolqarıstanla heç-heçə oynayıb. Bolqarların lideri Veselin Topalov çəkinlik çəkmədən qələbə qazansa da, onun ikinci və dördüncü lövhədəki komanda yoldaşları məğlubiyyət acısı yaşayıblar.
Qadınların yarışında isə ilk gündə hər hansı sensasiya qeydə alınmayıb. Reytinqə görə ilk “10-luq”da olan komandalardan Çin, Rusiya, Ukrayna, Gürcüstan, Hindistan, ABŞ, Polşa, Macarıstan turu 4:0-lıq qələbə ilə başa vurublar.
