Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun görüşləri oynanılıb. Kişilərdən ibarət əsas millimiz Makedoniyaya qalib gəlib. Eyni uğura Litva ilə görüşdə ikinci yığmamız da imza atıb. Lakin üçüncü komandamız Belarusa uduzub.
Favoritlərdən Rusiya Türkmənistanı 4:0, ABŞ Şotlandiya 3,5:0,5, Çin Belçikanı 3,5:0,5, Ukrayna Albaniyanı 3,5:0,5, Polşa BƏƏ-ni 4:0, Fransa İrlandiyanı 3,5:0,5, Hindistan Kosta Rikanı 4:0 hesabı ilə məğlub edib.
Qadın şahmatçılarımız da kişilərin nəticəsini təkrarlayıb. Belə ki, qadınlardan ibarət əsas millimiz Meksika üzərində qələbəyə sevinib. İkinci komandamız Monqolustandan üstün olub. Üçüncü yığmamız isə Türkiyəyə məğlub olub.
Favoritlərdən Çin Monteneqroya 4:0, Ukrayna Moldovaya 3,5:0,5, Rusiya Ekvadora 4:0, Hindistan Braziliyaya 3:1 hesabı ilə qalib gəlib. Günün sensasiyasına Gürcüstanı 2,5:1,5 hesabı ilə məğlub edən Filippin yığması imza atıb.
II TUR
Kişilər
Makedoniya – Azərbaycan-1 0:4
Trayko Nedev – Şəhriyar Məmmədyarov 0:1
Filip Pançevski – Teymur Rəcəbov 0:1
Aleksandar Koloviç – Rauf Məmədov 0:1
Nikola Nikolovski – Arkadi Naydiç 0:1
Litva – Azərbaycan-2 0,5:3,5
Eduardas Rozentalis – Vasif Durarbəyli 0:1
Tomas Laurusas – Nicat Abasov 0:1
Sarunas Sulskis – Ülvi Bacarani 0,5:0,5
Vidmantas Malisauskas – Qədir Hüseynov 0:1
Belarus – Azərbaycan-3 3,5: 0,5
Sergey Jiqalko – Vüqar Əsədli 1:0
Andrey Jiqalko – Nail Bəşirli 0,5:0,5
Kirill Stupak – Abdulla Qədimbəyli 1:0
Aleksey Aleksandrov – Məhəmməd Muradlı 1:0
Qadınlar
Azərbaycan-1 – Meksika 2,5:1,5
Zeynəb Məmmədyarova – Diana Real Pereyra 0:1
Gülnar Məmmədova – Alexandra Rodridues 1:0
Aydan Höccətova – Liliya Qodoy 1:0
Nərmin Kazımova – İvette Ale Morales 0,5:0,5
Azərbaycan-2 – Monqolustan 2,5:1,5
Türkan Məmmədyarova – Davaademberel Nomin-Erdine 0,5:0,5
Nərmin Xələfova – Tuvşintuqs Batçimeq 0,5:0,5
Ülviyyə Fətəliyeva – Uurtsaix Uuriintuya 1:0
Nərgiz Umudova – Altan-Ulzii Enxtuul 0,5:0,5
Azərbaycan-3 – Türkiyə 1,5:2,5
Nərmin Məmmədova – Yekaterina Atalik 0,5:0,5
Xanım Balacayeva – Betul Cemre Yıldız 0,5:0,5
Gövhər Beydullayeva – Kubra Öztürk 0,5:0,5
Ayan Allahverdiyeva – Zehra Topel 0:1
