21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində mübarizə apardığı 5-ci qrupda ötən gecə daha bir oyun baş tutub.
Millimizin doğma meydanda Almaniyaya 0:7 hesabıyla uduzduğu gündə İsrail yığması da səfərdə Kosovo ilə qarşılaşıb. Bu görüşdə də darmadağın qeydə alınıb. Kosovolular evdə 0:4 hesablı darmadağına üzülüblər.
Qeyd edək ki, Kosovo yığması noyabrın 14-də Bakıda millimizin qonağı olacaq.
