big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı” rəsmisi: “Futbolla futbolu bilən adamlar məşğul olmalıdır” – MÜSAHİBƏ

08.06.2012 , 08:29

“Bakı”nın icraçı-direktoru Yaşar Seyidovun müsahibəsi

– Komandanızın “Kapital Bank U-15 Liqası”nın “Neftçi” ilə “Dalğa Arena”da keçirilən final oyunundan sonra meydanda dava-dalaş baş verdi. Bu haqda nə deyə bilərsiniz?
– Mən məsələ ilə bağlı obyektiv fikirlərimi bildirəcəyəm. Reallıq belədir ki, oyun qurtaran kimi futbolçular arasında insident baş verir. Bu anda “Neftçi”nin futbolçularının qardaşı, dostlarından bir neçəsi meydançaya daxil olur. O zaman münaqişə futbolçularla yox, həmin mülki şəxslərlə, hər 2 tərəflə baş verir. Həmin şəxslər daxil olandan sonra artıq bütün futbolçular münaqişədə iştirak etməyə başlayırlar. Yenə də əlavə olaraq “Neftçi” tərəfdarlarından başqa kənar şəxslər daxil olurlar. Görüntülərə diqqətlə baxsanız, görünür ki, meydançaya daxil olan kənar adamlar ancaq “Neftçi”dəkilərdir. Məsələ bir az ciddiləşəndə, biz tez müdaxilə elədik və kənar adamları kənarlaşdırmağa başladıq. Nədənsə bu, “Neftçi”nin rəsmisi Mübariz müəllimin xoşuna gəlmir və durub lojadan gəlir mənə hücum eləməyə. Yaxşı, biz oturub gözləməli idik ki, həmin kənar adamlar gəlib vəziyyəti bir az da gərginləşdirsinlər, məsələ bir az da böyüsün, şişsin? Bax, mən bunu başa düşə bilmədim.

– Sizin də insidentdə iştirak etdiyiniz qeyd olunur və “Neftçi”də həmkarınız olan Mübariz Xudiyevlə əlbəyaxa olmusunuz…
– O da gəlib, kənar adamları çıxarmaq əvəzinə mənə hücum edir. Nəticədə belə bir hadisə baş verdi. İş ondadır ki, Mübariz müəllim həmin kənar adamları kənarlaşdırmalı idi. Ancaq bunun əvəzinə niyə mənə hücum etməyini anlamadım. Burda hadisənin alovlanmasının əsas təşəbbüskarları, tərəfdarları həmin adamlar idi. Onlar bir neçə nəfər idi ki, qadağan olunmuş hasardan meydançaya daxil oldular. Xudiyev isə onları kənarlaşdırmaq əvəzinə gəlib mənimlə mübahisəyə girişir. Sən mənimlə niyə mübahisəyə girişirsən? Gəl, orda kənar adamları burdan kənarlaşdır da. Çünki sizə deyim ki, məsələnin daha da böyüməsinə bax həmin bir neçə nəfər şərait yaratdı.

– Təhlükəsizlik məsələləri ilə bağlı nə düşünürsünüz?
– Mən özüm orda polislərlə bir yerdə oyuna baxırdım. Ona görə ki, orda yaxın dostlarımız da çoxdur. Biz artıq görürdük ki, “Neftçi” tərəfdarları olan yerdə kənar adamlar hasarın üstündən meydançaya tullanır. Bundan sonra polislər qaçdılar getdilər ki, onların qarşısını alsınlar. Ancaq artıq gec idi, çünki onlar meydançaya daxil olmuşdular.

– Komandanızın yarımfinalda “Qəbələ” ilə oyununda da insident baş vermişdi…
– Orda kənar adamlar yox idi. Həmin oyunda “Qəbələ”nin məşqçiləri hakimlərin idarəçiliyindən narazı olaraq onlara hücum eləmişdilər.

– Öz futbolçularınızda hansısa günah görürsünüz, buna görə cəzalandırmaq fikriniz varmı?
– Burda döyülən-döyən tərəf yoxdur. Bu gün məsələ döyən-döyülən tərəf məsələsi deyil. Hadisənin daha da böyüməsinin səbəbkarı futbolçulara, komandalara aidiyyatı olmayan kənar şəxslərdir. Həmin 3-4 nəfər kənar şəxsin meydançaya daxil olmağı məsələnin belə ciddiləşməyinə səbəb oldu. Yəni onlar elə bil ki, bu prosesi alovlandırdılar. Mən burda heç “Neftçi” futbolçularını da, öz komandamızı da günahlandırmaq fikrində deyiləm. Həmin kənar şəxsləri hərəkəti nəticəsində bu, böyük bir münaqişəyə çevrildi.

– Məhz həmin arenada mayın 17-də “Neftçi” ilə “Bakı”nın əsas komandaları arasında Azərbaycan kubokunun final oyunu keçirilmişdi. Matç komandanızın 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Bəlkə həmin kənar şəxslər bunun əvəzini çıxmaq istəyirdi?
– Mən sizə deyim ki, belə düşünmürəm. Bu, sadəcə olaraq 3-4 çılğın gəncin meydançaya daxil olmağının nəticəsidir. “Neftçi”nin rəsmisinin onları çıxarmaq əvəzinə mənə hücum etməyi mənə bir az qəribə gəlir. Mən kənar adamları meydandan çıxarmağa çalışıram. O isə gəlir etdiyim hərəkətə görə məni tənqid eləyir. Axı sən görürsən ki, meydançaya kənar adamlar daxil olur və onların “Bakı” klubuna heç bir aidiyyatı yoxdur. Mülki şəxsdir, geyim formasındadır. Sən də gəl onları kənarlaşdır da.

– “Neftçi” ilə “Bakı” klubunun rəhbərliyi arasında münasibətlər yaxşıdır. Ancaq dava-dalaş davam edir, bunadək futbolçunuz Elvin Əliyev döyülmüşdü. Münaqişələrin baş verməyində əsas problemi nədə görürsünüz?
– Əsas məsələ ondadır ki, hər 2 komanda udmaq istəyir, meydançada gərgin mübarizə, baxımlı oyun olur. Bundan ciddi axtarış etməyə ehtiyac yoxdur. Sadəcə, oyundur və bu zaman prinsipiallıq var. Bütün dünyanın paytaxt şəhərlərində belə derbilər, belə prinsipiallıq olur. Mən bunu çox ciddi qəbul eləmək fikrində deyiləm. Futbol oynanılırsa, bunun udan, uduzan, məğlubiyyətlə barışan, barışmayan tərəf var. Sadəcə, udmağı da, uduzmağı da bacarmaq lazımdır. Bu, olarsa, belə hadisələrə gətirib çıxarmaz.

– Ancaq ciddi münaqişələr baş verir və belə xoşagəlməz olayların qarşısını almaq lazımdır…
– Futbolla futbolu bilən adamlar məşğul olmalıdır. Mənim sözüm budur.

– AFFA-ya şikayət etmək fikriniz var?
– Yox. Klubumuzun heç bir şikayətimiz yoxdur. Bir şeyi tövsiyə edirəm ki, klub rəhbərləri meydana daxil olan futbola aidiyyatı olmayan dəstəkləməməlidirlər. Həmişə buna diqqətli olsunlar. Onlar münaqişədə iştirak edən tərəfləri sakitləşdirmək əvəzinə gəlib klub rəsmisinə hücum eləməməlidirlər.

apasport.az

Son yazılar

To Top