Cari mövsümdə istnilən çıxışı gösrətə bilməyən və bunun məntiqi nəticəsi kimi avrokuboklardan kənar qalan “Bakı”nın rəhbərliyində dəyişikliklər olacaq.
Korner.az-ın məlumatına görə, klub prezidenti Hafiz Məmmədov komandanın həm məşqçilər korpusuna, həm də rəhbər vəzifələrə ispan mütəxəssislər gətirməyə hazırlaşır. Artıq o, klubun bütün rəhbərliyini istefaya göndərib.
Gələn həftə klubun yeni rəhbərliyinin formalaşacağı və komandaya yeni – ispaniyalı mütəxəssisin baş məşqçi təyin ediləcəyi gözlənilir.
"Bakı"nın yeni baş məşqçisinin böyük ehtimalla Xose Fransisko Molina olacağı gözlənilir. 1970-ci ildə anadan olan tanınmış qolkiper karyerası ərzində “Valensiya”, “Alzira”, “Vilyareal”, “Albasete”, “Atletiko”, “Deportivo” və “Levante” kimi klublarda forma geyib. Molina "Vilyareal"ın aşağı yaş qurpu üzrə, bir müddət sonra isə əsas komandanı çalışdırıb.