Bu gün Topaz Premyer Liqasında IV tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Bakının "Neftçi" klubu bu turda öz meydanında "Simurq"la qarşılaşacaq. Keçirdiyi iki oyunda maksimum nəticə göstərən Zaqatala təmsilçisinin bu görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilir.
Tarixində ilk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubu bu mövsüm Azərbaycan Premyer Liqasında 3-cü matçına çıxacaq. Ağdam təmsilçisi öz meydanında "Bakı"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.
31 avqust
Azərbaycan Premyer Liqası, IV tur
“Neftçi” – “Simurq” – 2:1
Qollar: Vobay 48, Araz Abdullayev 2, Stanoyeviç 51
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
“Qarabağ” – “Bakı” – 2:2
Qol: Mariando Silva 32 (p), Novruzov 66, Travner 70, Muarem 83
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov
Tofiq Bəhramov adına Respublika Stadionu.
30 avqust
“Qəbələ” – AZAL – 1:2
Qollar: Rəşad Abdullayev, 45+2-pen (0:1), Kərim Diiyev, 71 (0:2), Cavid Hüseynov, 83-pen (1:2)
Qırmızı vərəqə: Eduardo Makeil, 90+1 (AZAL)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.
“Sumqayıt” – “Araz Naxçıvan” – 1:0
Qol: Kiyan Sultanpur, 23 (1:0)
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov
Sumqayıt stadionu.
29 avqust
“Xəzər Lənkəran” – “İnter” – 1:0
Qol: Elnur Abdullayev, 5 (1:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
