Topaz Premyer Liqasının XVII turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək “Bakı” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi təlim-məşq bazasında dünən oyun öncəsi son məşqini keçirib.
Komandanın heyətində bərpa dövrü keçən Uinston Parks xaricində bütün futbolçular məşqə qatılıblar. Baş məşqçi Bojidar Bandoviçin tapşırıqlarını canla-başla yerinə yetirən futbolçular, qarşıdan gələn əhəmiyyətli oyuna ciddi hazırlaşıblar.
Qeyd edək ki, "Bakı" – "Qarabağ" qarşılaşması bu gün saat 14:00-da start verəcək.
