Bu gün Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunları keçiriləcək. Korner.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 oyun baş tutacaq.
Premyer Lioqanın "sulhsevər" komandası "Bakı" yeni baş məşqçisi ilə ilk sınağına çıxacaq "Xəzər Lənkəran"ı qonaq edəcək. Bu iki komandaların görüşündə prinsipiallığın olmasını nəzərə alıb demək olar ki, bu dəfəki matç da, çox maraqlı olacaq.
Günün maraqlı qarşılaşmalarından biri Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Simurq" "Qarabağ"ın qonağı olacaq.
Günün sonuncu matçı isə "Şəfa" stadionunda keçiriləcək. "Turan" lider "İnter"in qonağı olacaq.
Qeyd edək ki, XIII tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
18 noyabr (bazar)
Premyer Liqa, XIII tur
14:15. “Bakı” – “Xəzər Lənkəran” 2:0
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Qol: Xaviyer Junior, 6, Edemir Rodrigez, 54
16:00. “Qarabağ” – “Simurq” 2:1
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Səfər Haşımov
T.Bəhramov adına Respublika stadionu.
Qol: Riçard Almeyda, 24, Elçin Süleymanov, 34 (avtoqol) // Mario Bojiç, 62
18:00. “İnter” – “Turan” 2:0
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
“Şəfa” stadionu.
Qol: Samir Zərgərov, 7, Baçana Sxadadze, 55
19 noyabr (bazar ertəsi)
14:00.“Qəbələ” – “Kəpəz”
Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu.
16:00. “Rəvan” – AZAL
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Bayıl Arena stadionu.
17 noyabr (şənbə)
15:00. “Neftçi” – “Sumqayıt” – 8:1
Qollar: Nikolas Kanales, 7 (1:0), 23 (3:0), 45 (5:1), 81 (8:1), Julius Vobay, 10 (2:0), 25 (4:0), Emin Cəfərquliyev, 28 (4:1), Cavid İmamverdiyev, 69 (6:1), Bruno Bertuççi, 76 (7:1)
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km. stadionu.
