Sloveniyada təlim-məşq toplanışında olan "Bakı" ötən gün ilk yoxlama matçına çıxıb. Korner.az-ın məlumatına görə, "zolaqlılar" rəqibi Xorvatiyanın "Osiek" klubu olub. Paytaxt təmsilçisi ilk yoxlama matçından sülhlə ayrılıb. Matçın 56-cı dəqiqəsində "Bakı" Nurlan Novruzovla hesabı açsa da, son dəqiqələrdə xorvatların qoluna mane ola bilməyib – 1:1.
