Azərbaycan millisinin “Avro-2016″nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “Bakı” bu gün növbəti yoldaşlıq matçına çıxacaq.
Korner.az xəbər verir ki, paytaxt klubunun rəqibi birinci divizion təmsilçisi “Bakılı” olacaq.
“Bakı”nın təlim məşq toplanışında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
