Futbol

“Bakı” “Neftçi”nin rekordunu təkrarladı

26.04.2012 , 12:26

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları “Qarabağ” və “Bakı” arasında oyunun penaltilər seriyası ilə yekunlaşması ilə əlamətdar oldu. Korner.az-ın məlumatına görə, cari mövsümdə artıq 2-ci dəfədir ki, mərhələni keçən komanda penaltilər seriyasında müəyyənləşir. İlk belə hal da “Bakı”nın iştirakı ilə olmuşdu. 1/8 finalda “Rəvan”ı mübarizədən kənarlaşdıran (3:2) paytaxtın eyniadlı təmsilçisi bu dəfə də qalib gəldi – 5:4.

Ümumilikdə isə Azərbaycan kuboku tarixində 18-ci dəfə yaşanan penaltilər seriyası 4-cü dəfə “Bakı”nın, 3-cü dəfə isə “Qarabağ”ın iştirakı ilə baş tutdu. Son 2 mövsümdə 3-cü dəfə penaltilər seriyasına qatılan “Bakı” ümumilikdə 4-ə çatmaqla “Neftçi”nin rekordunu təkrarladı. Bu 2 komanda Azərbaycan kubokunda ən çox penalti seriyasında iştirak edən klublardır. Onların hər ikisi 4 belə oyundan 3-də qalib gəlib. Yəni “Bakı” 3 dəfə penaltilər seriyası hesabına mərhələ keçmək rekordunda da “Neftçi”yə şərik oldu.

1 dəfə mərhələni bu yolla adlayan “Qarabağ” isə ardıcıl 2 mövsümdür mübarizəni penaltilər seriyasında dayandırır. Ötən mövsüm 1/8 finalda “Turan” Ağdam təmsilçisini dayandırmışdı.

Azərbaycan kuboku tarixində bütün penalti seriyaları:
1992

İnşaatçı (Bakı)

Xəzər (Sumqayıt)

1:1, pen. 5:4

1993

Kür (Mingəçevir)

Xəzri (Buzovna)

3:0, 0:3, pen. 4:3

1993

Neftçi (Bakı)

Xəzər (Sumqayıt)

0:0, 0:0, pen. 4:3

1993/94

Turan (Tovuz)

OİK Göyəzən (Qazax)

0,:0, 0:0, pen. 1:3

1998/99

Şəmkir

Neftçi (Bakı)

0:0, pen. 3:5

1999/2000

Turan (Tovuz)

Qarabağ (Ağdam)

1:0, 0:1, pen. 4:5

2003/04

Bakılı

Neftçi (Bakı)

1:0, 0:1 pen. 3:5

2004/05

Karvan (Yevlax)

Xəzər Lənkəran

1:1, 1:1, pen. 4:5

2004/05

Neftçi (Bakı)

İnter (Bakı)

0:0, 0:0, pen. 3:4

2007/08

Bakı

Qəbələ

1:1, 1:1, pen. 3:4

2009/10

Simurq (Zaqatala)

Olimpik-Şüvəlan (Bakı)

0:0, 0:0, pen. 2:4

2010/11

Bakı

Muğan (Salyan)

1:1, pen. 5:3

2010/11

Karvan (Yevlax)

MKT-Araz İmişli)

1:1, pen. 3:4

2010/11

Qarabağ (Ağdam)

Turan (Tovuz)

0:0, pen. 3:4

2010/11

Simurq (Zaqatala)

Abşeron (Bakı)

1:1, pen. 1:4

2010/11

Xəzər Lənkəran

İnter (Bakı)

1:1, pen. 4:2

2011/12

Bakı

Rəvan (Bakı)

0:0, pen. 3:2

2011/12

Bakı

Qarabağ (Ağdam)

0:1, 1:0, pen.5:4

Son yazılar

Yuxarı