Yeni mövsümə hazırlıqlarını paytaxtda davam etdirən "Bakı" klubu gündə iki məşqə çıxır.
Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, intensiv məşqlərlə kifayətlənməyən komanda təlim ç.az- ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, intensiv məşqlərlə kifayətlənməyən komanda təlim çərçivəsində yoxlama oyunlarına da vaxt ayırır.
Ötən həftə əvəzedici komanda ilə qarşılaşan "Bakı" bazar günü daha bir yoldaşlıq oyunu keçirməyi planlaşdırıb.
"Zolaqlılar" iyul ayının 29-da klubun təlim-məşq bazasında birinci dəstə təmsilçisi "Neftçala" ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlanacaq.
