Ölkə futbolu

“Bakı” “Mura” ilə oyuna belə hazırlaşır – VİDEO

11.07.2012 , 08:40

UEFA Avropa Liqası birinci təsnifat mərhələsinin cavab oyununa hazırlaşan "Bakı" artıq Sloveniyadadır.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən birbaşa reyslə Maribor, oradan da Lendvaya yollanan komanda oyunöncəsi ilk məşqini keçirib.

"Bakı" məşqə tam heyətlə çıxıb. İlk dəqiqələrdən güclü yağışla müşayət olunan məşqin ikinci hissəsi ikitərəfli oyunla davam edib və yüksək əhval-ruhiyyədə başa çatıb.

Xatırladaq ki, "Bakı" bir həftə əvvəl doğma meydanda "Mura 05" klubu ilə ilk oyundan qolsuz bərabərliklə ayrılıb – 0:0. Cavab oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da Lendavada keçiriləcək və AzTV telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son yazılar

Yuxarı