“Bakı Metropoliteni” “Qəbələ” klubunun müraciətini müsbət cavablandırıb.
Korner.az-ın “Qəbələ”nin “facebook” səhifəsinə istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı ilə əlaqədar, metronun iş qrafikinə dəyişiklik edilib.
Belə ki, Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb. Bu addım klub rəhbərliyinin QSC-yə müvafiq müraciətindən sonra atılıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə “APA-Economics”ə bildirib ki, sərnişin axını çox olduqda metro 01:00-dan sonra da fəaliyyət göstərə bilər. Paşayev əlavə edib ki, “Bakı Metropoliteni” QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da start götürəcək.
