Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətini cavablandırıb
27.11.2018 , 12:36

Bakı Metropoliteni Avropa Liqasının V turunda Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq “Qarabağ” klubunun müraciətini cavablandırıb.
Bu barədə “Report”a Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, “Koroğlu” stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.
Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. Görüşün sonu gecə yarısına təsadüf edəcəyindən, klub azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec – saat 1:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib.
